Neft zavodunda partlayış - 37 nəfər öldü

Neft zavodunda partlayış - 37 nəfər öldü

Nigeriyanın cənubunda qeyri-qanuni fəaliyyət göstərən neft emalı zavodunda baş verən partlayışda ən azı 37 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə yerli təhlükəsizlik rəsmisi və icma lideri Rufus Welekem bildirib.

O qeyd edib ki, son hadisə bazar ertəsi səhər saatlarında Rivers əyalətindəki İbaa icmasında baş verib.

Cebhe.info