Paşinyan növbəti dəfə İrəvan küçələrində velosiped sürüb

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən velosiped sürüb.
“Bu gün üçüncü veloyürüşümüz İrəvanda baş tutdu - 21,7 km. Velosiped həyatdır, velosiped həzzdir, velosiped tərəqqidir: yaşasın velosiped”.
“Cebhe.info”-nun məlumatına görə, Nikol Paşinyan belə yazıb.
P.S. Velosiped klubumuza qoşulmaq istəyən hər kəs adını, telefon nömrəsini və velosipeddə olan şəklini [email protected] ünvanına göndərməlidir.
Mövcud klubun qaydaları: 0 siyasət, səhər tezdən (çox) qalxmaq bacarığı, əməkdaşlıq, nizam-intizam, nəzakət.
“Hazırkı mərhələdə klubun qərarına əsasən, minimum velosiped məsafəsi 20 kilometrdir”, - deyə Baş nazir qeyd edib.
Müşfiq Abdulla
“Cebhe.info”