Paşinyan Xameneyiyə Novruz təbriki göndərdi

Ermənistanın Baş nazir Nikol Paşinyan İran İslam İnqilabının Ali Rəhbəri Əli Xameneyiyə və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.
Cebhe.info xəbər verir ki, Bbu barədə Ermənistanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.
İran İslam İnqilabının Ali Rəhbərinə göndərilən mesajda deyilir ki, minilliklərin dərinliklərindən qaynaqlanan, isti qarşılıqlı etimad və hörmət mühitində möhkəmlənmiş Ermənistan-İran münasibətləri Ermənistan Respublikası və erməni xalqı üçün xüsusi əhəmiyyət kəsb edir:
“Ümidvaram ki, yaxın gələcəkdə biz ikitərəfli çoxşaxəli gündəliyin genişlənməsinin şahidi olacağıq ki, bu da erməni və İran xalqlarının və region dünyasının rifahı naminə dostluq münasibətlərimizin daha da dərinləşməsi və böyüməsi üçün stimul olacaq”.
Xəzər
Cebhe.info