Putin atəşkəs istəyir?

Putin atəşkəs istəyir?

Rusiya Prezidenti Vladiimir Putin Ukraynada atəşkəs üçün öz şərtlərini təqdim edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Putin Kremlin sülhməramlı qüvvələrdə iştirak edəcək ölkələri özü müəyyənləşdirməli olduğunu deyərək NATO qoşunlarının bölgəyə daxil olmasını qəti şəkildə rədd edib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs əldə etməyə hazır olduğunu bildirib. 

“Bloomberg”-in Moskvadakı mənbələrə istinadən verdiyi xəbərə görə, Kreml bu təklifi fevralda Səudiyyə Ərəbistanında danışıqlar zamanı ABŞ nümayəndə heyətinə çatdırıb. 

Putin bildirib ki, atəşkəsə nail olmaq üçün Ukrayna ilə gələcək sülh sazişinin əsas prinsipləri dəqiqləşdirilməli və münaqişə zonasına sülhməramlı qüvvə göndərilməlidir. 

Moskva israr edir ki, sülhməramlı qüvvələrdə hansı ölkələrin iştirak edəcəyini özü seçməlidir. Kreml Çin və ya neytral kimi görünən digər ölkələrin sülhməramlılar göndərməsinə etiraz etmir.

Bununla belə, o, NATO qoşunlarının, xüsusən də Fransa və Britaniyanın hazırladığı Avropa kontingentinin sülhməramlı qüvvələrə daxil edilməsini qəti şəkildə qəbul etmir.

Qeyd edək ki, ABŞ nümayəndə heyəti martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna ilə mümkün sövdələşmə ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

Müşfiq Abdulla 
 “Cebheinfo.az”