Sərhəddə təlimlər keçirilib

Sərhəddə təlimlər keçirilib

Cənubi Koreya ordusu Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində artilleriya təlimi keçirib. 

"Cebhe.info" "Yonhap"a istinadən xəbər verir ki, Cənubi Koreya hərbi təlimin dəniz piyadalarının iştirakı ilə hərbi təlim keçirildiyini açıqlayıb. Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində keçirilən artilleriya təliminin məqsədi quru və dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirmək olub. 

Təxminən 450 əsgərin iştirakı ilə keçirilən təlimin “Şimali Koreya təhdidinə qarşı çəkindiriciliyi artırmaq üçün” təşkil edildiyi bildirilib. 

Nigar Hacılı 
"Cebhe.info"