Tehran və Beyrut VURULDU
İsrail ordusu (İDF) İranın paytaxtı Tehrana və Livanın paytaxtı Beyruta zərbələr endirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə BBC yazır.
Məlumatda deyilir: "İDF hazırda Tehran və Beyrutun hərbi hədəflərinə eyni vaxtda hədəfli zərbələr endirir".
Zərbələr İsrail ordusunun Beyrutun cənub ətrafı və onlarla kənd sakinlərinə "təcili xəbərdarlıq" verərək onları təxliyə etməyə çağırmasından qısa müddət sonra baş verib.
İDF əvvəllər zərbələrin hədəflərinin İran tərəfindən dəstəklənən “Hizbullah” qruplaşmasına məxsus komanda mərkəzləri və anbarlar olduğunu bildirmişdi.
Xəzər
“Cebheinfo.az”

