“TikTok” fenomeni canlı yayımda öldürüldü

“TikTok” fenomeni canlı yayımda öldürüldü

“TikTok” sosial media platformasında makiyaj videoları ilə tanınan 23 yaşlı meksikalı Valeria Markes canlı yayımda olarkən silahlı hücuma məruz qalıb.

"Cebheinfo.az" xəbər verir ki, Markes Zapopan şəhərində işlədiyi gözəllik salonuna hücum nəticəsində həyatını itirib.

Xalisko Əyalət Prokurorluğu Markesin ölümü ilə bağlı araşdırma başlandığını açıqlayıb.Hücum canlı yayım zamanı bir şəxsin Markesə arxadan kiminsə gəldiyi barədə xəbərdarlığı eşidildikdən sonra həyata keçirilib.

Hücumdan sonra canlı yayım davam edərkən bir nəfər telefonu götürərək yayımı bitirir.İnstaqram və “TikTok”-da 200 minə yaxın izləyicisi olan Markes daha əvvəl canlı yayımda işdən uzaqda olarkən birinin ona “bahalı hədiyyə” çatdırmağa gəldiyini və sözügedən şəxsin geri dönməsini gözləməyi planlaşdırmadığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Latın Amerikası və Karib hövzəsi İqtisadi Komissiyasının son məlumatlarına görə, Meksika 2023-cü ildə hər 100 000 qadına 1,3 ölümlə Latın Amerikası və Karib hövzəsi hövzələrində qadın öldürmə nisbətinə görə dördüncü yerdədir.

Nigar Hacılı 
"Cebheinfo.az"