Tramp İranla bağlı danışmaqdan İMTİNA ETDİ

Tramp İranla bağlı danışmaqdan İMTİNA ETDİ

ABŞ Prezidenti Donald Tramp İranla yeni nüvə sazişi üzrə danışıqlara dair fikirlərini açıq şəkildə bildirməkdən imtina edib.

“Cebheinfo.az” bu barədə CNN-ə istinadən xəbər verir.

"Düşünürəm ki, danışıqlar yaxşı gedir. Siz bunu etməyincə, heç bir şeyin əhəmiyyəti yoxdur. Ona görə də bu barədə danışmağı xoşlamıram. Bununla belə, hər şey yaxşı gedir. Məncə, İranla bağlı vəziyyət kifayət qədər yaxşı inkişaf edir", - dövlət başçısı “Air Force One” təyyarəsinin göyərtəsində deyib.

Danışıqlarda iştirak edən mənbələr CNN-ə bildiriblər ki, Tramp administrasiyası sürətlə hərəkət etmək istəyir.

Danışıqların növbəti mərhələsi aprelin 19-na təyin edilib.

Xəzər
“Cebheinfo.az”