Tramp Krala sürpriz hədiyyə aparacaq: Fars körfəzinin...

ABŞ Prezidenti Donald Tramp ABŞ-də dil normasında dəyişikliyi elan etmək və Fars körfəzinin Ərəb körfəzi adlandırılmasını təklif etmək niyyətindədir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Associated Press”-ə hökumətdəki mənbə məlumat verib.
Onların sözlərinə görə, Tramp qərarını Səudiyyə Ərəbistanına səfəri zamanı təqdim etməyi planlaşdırır. Ərəb dövlətləri özləri toponimin adının dəyişdirilməsi qərarında israrlıdırlar.
Bu, Ağ Evin sahibinin coğrafi adı dəyişmək niyyəti ilk dəfə deyil. Yanvarın sonunda Tramp Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsi ilə bağlı fərman verib. BMT bu məsələ ilə bağlı bildirib ki, coğrafi obyektlərin adının dəyişdirilməsi hər hansı bir dövlətin səlahiyyətinə aid deyil.
Xəzər
“Cebheinfo.az”