Türkiyədə fabrik yanır - VİDEO

Türkiyədə fabrik yanır - VİDEO

Türkiyənin Mersin şəhərinin Toroslar rayonunda səs və görüntü sistemləri istehsal edən fabrikdə güclü yanğın baş verib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürən qruplar cəlb edilib.

Fabrikin yerləşdiyi yolda hərəkətə məhdudiyyət qoyulub.

Yanğının baş vermə səbəbi hələlik bəlli deyil.

"Cebheinfo.az"