“Amnesty International” Rusiyada “arzuolunmaz təşkilat” elan olundu

Rusiya Baş Prokurorluğu “Amnesty International” təşkilatını “arzuolunmaz təşkilat” elan etmək qərarına gəlib.
"Cebheinfo.az" xəbər verir ki, Baş Prokurorluq “Amnesty International”-ın Rusiyadakı fəaliyyəti ilə bağlı yazılı açıqlama yayıb.
Sözügedən qurumun Rusiyaya qarşı layihələr həyata keçirdiyi və Ukraynaya dəstək verdiyi bildirilən bəyanatda bu ifadələrə yer verilib.
Londonda qeydiyyatdan keçmiş beynəlxalq qeyri-hökumət təşkilatı “Amnesty International Limited”in Rusiyadakı fəaliyyətinin “arzuolunmaz təşkilat” kimi tanınması barədə qərar qəbul edilib.
Xatırladaq ki, “Amnesty International” 1961-ci ildə yaradılmış beynəlxalq insan hüquqları təşkilatıdır.
Təşkilat dünyada insan hüquqlarının pozulmasını sənədləşdirir və vicdan məhbuslarının azadlığı uğrunda kampaniyalar aparır.
Nigar Hacılı
"Cebheinfo.az"