Türkiyədə güclü yanğın - YENİLƏNİB

Türkiyədə kimyəvi zavodun anbarında güclü yanğın baş verib.
"Cebheinfo.az" “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Başakşehir bölgəsində qeydə alınıb.
Yanğınla yanaşı partlayışlar da baş verib. Alov anbara bitişik ərazidə park halında olan avtomobillərə də keçib.
Yaxınlıqda olan heyvanlar yanğınsöndürənlər tərəfindən xilas edilib.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil.
Hazırda yanğını nəzarət altına almaq mümkün deyil. Partlayışlar səbəbindən yanğınsöndürmə briqadası yanğın baş verən əraziyə müdaxilə edə bilmir.
"Cebheinfo.az"