Üç həftə işıq olmayacaq

Üç həftə işıq olmayacaq

Nigeriyadan alınan təbii qazın yetərsizliyi səbəbindən Qananın bəzi bölgələrdə üç həftə işıq olmayacaq.

"Cebhe.info" xəbər verir ki, ölkədə elektrik enerjisi təmin edən şirkətlər, "Ghana Grid Company" (GRIDCo) və "Ghana Electricity Company" (ECG) birgə bəyanat veriblər.

Açıqlamaya görə, ölkənin Nigeriyadan aldığı təbii qazın kifayət qədər olmaması səbəbindən bəzi bölgələrdə 3 həftə ərzində elektrik enerjisi kəsiləcək.

““GRIDCo” və “ECG” olaraq biz ictimaiyyəti əmin etmək istərdik ki, mövcud resursları optimallaşdırmaq və qaz təchizatının azalmasının istehlakçılara təsirinin minimal olmasını təmin etmək üçün digər maraqlı tərəfləri ilə əməkdaşlıq edirik”, - məlumatda deyilir.

İllərdir tez-tez elektrik kəsilməsi ilə üzləşən Qanada son 20 ildə qismən sürətli urbanizasiya və əhalinin artması səbəbindən elektrik enerjisinə tələbat durmadan artıb.

Xatırladaq ki, ötən həftə paytaxt Akkrada həyata mənfi təsir göstərən elektrik kəsilməsinə qarşı yüzlərlə insan etiraz aksiyası keçirmişdi.

Nigar Hacılı 
"Cebhe.info