"X" sosial şəbəkəsi qlobal nasazlıqla üzləşdi

"X" sosial şəbəkəsi qlobal nasazlıqla üzləşdi

Bəzi ölkələrdə istifadəçilər "X" sosial şəbəkəsi ilə bağlı problemlərdən şikayətlənirlər.

Oxu.Az xəbər verir ki, bu barədə "Downdetector" xidmətinin hesabatında bildirilir.

Qeyd olunur ki, problem barədə məlumat verən istifadəçilərin 58%-i proqramdakı nasazlıqları qeyd edib, 35%-i saytın işindən şikayət edib, 7%-i isə serverlərə qoşulmaqda çətinlik çəkib.

"Downdetector"un məlumatına görə, ABŞ-də təxminən 50 min istifadəçi xidmətin kəsilməsi barədə məlumat verib. Həmçinin, dünyanın 15-dən çox ölkəsində də nasazıqlar qeydə alınıb.

"Cebheinfo.az"