İrəvanda Almaniya Prezidentinin qarşılanma mərasimi keçirilir

İrəvanda Almaniya Prezidentinin qarşılanma mərasimi keçirilir

İrəvanda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə Ermənistan prezidenti Vaaqn Xaçaturyan arasında görüşün rəsmi mərasimi başlayıb.

Bu barədə “Report” Ermənistan KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, Ştaynmayer və həyat yoldaşı Elke Büdenbender regional səfər çərçivəsində ötən axşam Ermənistana gəliblər.

Daha əvvəl Ştaynmayerin Ermənistanda ölkə prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşünün planlaşdırıldığı bildirilmişdi.

"Cebheinfo.az"