Yüzlərlə əsgər itkin düşüb

Yüzlərlə əsgər itkin düşüb

788 Ukrayna əsgəri Krınki kəndində gedən döyüşlərdə itkin düşüb.

"Cebhe.info" xəbər verir ki, Ukrayna polisi Dnepr çayının sol sahilində, Xerson vilayətinin Krınki kəndlərindən birində nə qədər ukraynalı əsgərin itkin düşdüyünü müəyyənləşdirib.

Belə ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin iyun ayının sonuna qədər Krinli kəndində gedən döyüşlərdə rəsmi olaraq itkin düşmüş 788 kişi axtarılır.

Eyni zamanda, oradan çıxarılan və nəhayət dəfn edilən ölən əsgərlərin sayı 262 nəfərdir. Qeyd edək ki, ruslarla müharibə hazırda Krinoki yaxınlığındakı adalarda gedir.

Ləman İsmayıl
"Cebhe.info"