Zəlzələnin fəsadı: 1 297 nəfərin kimliyi məlum deyil

Zəlzələnin fəsadı: 1 297 nəfərin kimliyi məlum deyil

Mərkəzi Kahramanmaraş olmaqla Türkiyənin 11 vilayətində baş verən zəlzələ nəticəsində 10 minlərlə vətəndaş həyatını itirdi.

Ancaq ötən dövr ərzində hələ də bəzi vətəndaşların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Vedat Mercan bildirib ki, hazırda TBMM Zəlzələ Araşdırma Komissiyasında bölgədə 77 min 375 təhlükəsizlik işçisi çalışır, 2 min 126 nəfər isə könüllü olaraq gedəcək.

Zəlzələ bölgəsində 216 təhlükəsizlik işçisinin həyatını itirdiyini bildirən Mercan, şəxsiyyət təsbiti işləri aparmaq üçün bölgəyə 170 qrup və 461 personalın təyin edildiyini açıqlayıb.

Həyatını itirən 3 755 vətəndaşın barmaq izi, 275 vətəndaşın isə fotoşəkillə müəyyən edildiyini deyən Mercan bildirib ki, “Hazırda DNT nümunələri, mümkünsə barmaq izi nümunələri götürdüyümüz və məzarlarını bildiyimiz, lakin şəxsiyyətini təyin edə bilmədiyimiz 1 297 vətəndaşımız var. İşlər hələ də davam edir”.

Mercan həm jandarma, həm də polis bölgəsində 81-i uşaq olmaqla 305 nəfərin itkin düşdüyünə dair xəbərlər aldığını və axtarışların davam etdiyini bildirib.

316 nəfər həbs edilib

Zəlzələdə dağılan binaların inşasındakı səhlənkarlıq və təqsirlərə görə məsuliyyət daşıyan podratçılar, bina rəhbərləri, memarlar, mühəndislər və bu kimi şəxslərə qarşı aparılan araşdırmalarda 1 121 nəfər haqqında tədbir görüldüyünü qeyd edən Mercan bildirib ki, “316 həbs edilib, 380 nəfər məhkəmə nəzarəti qərarı ilə azadlığa buraxılıb. Hazırda araşdırmalar davam etdirilir”.

Nigar
Cebhe.info