“Əsərlərim 39-cu dildə çap olundu” - Çingiz Abdullayev

“Əsərlərim 39-cu dildə çap olundu” - Çingiz Abdullayev

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev qələmə aldığı detektiv əsərlərin 39-cu dildə nəşr olunduğunu deyib.

Ç.Abdullayev bildirib ki, bu dəfə onun əsərlərini Vyetnam dilinə çeviriblər.

"Ukraynadan Aleksey Tomilov Vyetnam dilində nəşr olunmuş kitabımın üz qabığı və bir neçə vərəqinin şəklini göndərib. Məndə bu barədə məlumat yox idi. Onun sayəsində xəbər tutdum. Bəlkə mən həqiqətən yaxşı yazıçıyam? Bu, əsərlərimin çap olunduğu otuz üçüncü dildir. İroniya və saxta təvazökarlıq olmadan deyə bilərəm!”.

Ç.Abdullayevin sözlərinə görə, o, artıq 2 ildir ki, “TEAS press” nəşriyyatı ilə müqavilə bağlayıb və əsərlərinin çaöından əldə edilən qonorarları YAŞAT Fonduna köçürür.

Cebhe.info