Rüfət Həsənov ARKA-nın baş direktor əvəzi vəzifəsindən azad olunmaq üçün ərizə yazıb

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov tutduğu vəzifədən azad olunması üçün ərizə ilə mədəniyyət naziri Adil Kərimliyə müraciət edib.
Bununla bağlı hələ ki müvafiq göstəriş verilməyib.
Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq Rüfət Həsənovun ərizə yazması təsdiq olunub: "Lakin hələ ki ərizəyə baxılmayıb".
Cebhe.info