Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub

Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

Bunu “Report”a açıqlamasında mərhum deputatın qardaşı İqbal Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi "Təzəpir" məscidində baş tutacaq.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.

"Cebhe.info"