Ağdərədə maşın aşdı: 3 nəfər yaralandı

Ağdərədə maşın aşdı: 3 nəfər yaralandı

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, qəza rayonun Çardaqlı kəndində qeydə alınıb. 

Belə ki, İsa Ağayevin idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü, onun atası Bayram Ağayev və digər sərnişin Samir Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. 

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılaraq müalicəyə cəlb olunublar.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

"Cebheinfo.az"