Ukraynanın itkiləri yeniləndi

Ukraynanın itkiləri yeniləndi

Ukrayna Silahlı Qüvvələri iyunun 1-dən 16-dək olan dövrdə xüsusi hərbi əməliyyat zonasında 21 mindən çox hərbçi itirib.

“Cebheinfo.az” TASS agentliyinə istinadən xəbər verir ki, bu müddət ərzində Ukrayna ordusunun ümumi itkisi təxminən 21 min 405 nəfər təşkil edib.

Məlumata əsasən, ən böyük itkilər “Mərkəz” və “Şərq” qoşun qruplarının məsuliyyət zonalarında qeydə alınıb.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri mayın 2-16-sı tarixləri arasında 16 min 230 nəfər, mayın 17-31-i tarixləri arasında isə 17 min 620 nəfər olub.

Bundan əvvəl hərbi ekspert Andrey Maroçko bildirmişdi ki, Ukrayna ordusunda itkilərin artması tendensiyası artıq dördüncü həftədir davam edir.

Aişə Abdulova
“Cebheinfo.az”