Bakıda nasaz avtomobil sıxlığa səbəb olub - FOTO

Bakıda nasaz avtomobil sıxlığa səbəb olub - FOTO

Bakıda nasaz avtomobil sıxlığa səbəb olub.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Xutor” tunelində texniki nasaz avtomobilin yolda qalması səbəbindən Yasamal rayonu, Qələbə dairəsindən başlayaraq “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisi əməkdaşlarına məlumat verilib. Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.

"Cebhe.info"