Naxçıvanda yeniyetmə dəm qazından zəhərlənib

Naxçıvanda yeniyetmə dəm qazından zəhərlənib

Naxçıvan MR-in Babək rayonunun Kərimbəyli kəndində dəm qazından zəhərlənmə olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, kənd sakini 2009-cu il təvəllüdlü Şahnaz Vəliyeva yaşadığın evin hamamında dəm qazının sızması nəticəsində zəhərlənib. Yeniyetmə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağla araşdırma aparılır.

Cebhe.info