Təyyarə qəzası: 19 nəfər həlak oldu

Təyyarə qəzası: 19 nəfər həlak oldu

Sudanın Xartum əyalətinin Omdurman şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 19 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisəyə səbəb texniki nasazlıq olub, təyyarə yerli aviabazadan havaya qalxdıqdan qısa müddət sonra yaşayış məntəqəsinin üzərinə düşüb. Qəzanın qurbanları arasında ekipaj üzvləri və hərbçilər, həmçinin təyyarənin qəzaya uğradığı yaşayış binasında olan mülki şəxslər də var.

"Cebheinfo.az"