Azərbaycan millisini səfər matçında 200-dən çox azarkeş dəstəkləyir

Azərbaycan millisini səfər matçında 200-dən çox azarkeş dəstəkləyir

Azərbaycan millisi səfərdə Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda dəstəksiz qalmayıb.

"Report"un "Etopaz"ın dəstəyi ilə Brüsselə ezam olunan əməkdaşı xəbər verir ki, tribunada 200-dən çox həmyerlimiz yer alıb.

Qeyd edək ki, “Kinq Baudouin” stadionundakı qarşılaşmada hələlik hesab açılmayıb. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb. Qrupun digər matçında İsveç doğma azarkeşlər önündə Estoniya ilə üz-üzə gəlir.

Cebhe.info