Mourinyo iki futbolçunu göndərir

Türkiyənin “Fənərbağça” klubunda daha 2 ayrılıq yaşanacaq.
“Cebhe.info” xəbər verir ki, baş məşqçi Joze Mourinyo Serdar Azizin ardından 2 futbolçunun daha komandadan göndərilməsini istəyib.
Söhbət Migel Krespo və Miha Zayçdan gedir. İstanbul klubu Mourinyonun istəmədiyi futbolçuları satışa çıxarıb. Qeyd edək ki, Kresponun 2025, Zayçın isə 2026-cı ilə qədər “Fənərbağça” ilə müqaviləsi var.
Elmir
“Cebhe.info”