Polşa klubu Azərbaycan millisinin futbolçusunun transferini rəsmən açıqlayıb

Polşanın "Radomyak" komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yaylb.
25 yaşlı forvardla müddəti sonradan uzatmaq şərti ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.
“Cebheinfo.az”