Xorvatiya yığmasının baş məşqçisi: "Ağır məğlubiyyət oldu, buna layiq idik"

Xorvatiya yığmasının baş məşqçisi: "Ağır məğlubiyyət oldu, buna layiq idik"

Ağır məğlubiyyət oldu, buna layiq idik.

Bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç İspaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis qələbə münasibəti ilə rəqib komandanı təbrik etdiyini deyib: "Oyun zamanı gücümüz tükənmişdi. İlk 15 dəqiqədə yaxşı mübarizə aparsaq da, sonradan durğunluq yarandı. Həqiqətən bizim üçün çox pis oyun alındı. Harda səhv etdiyimizi müzakirə edəcəyik. Qarşıda bizi Albaniya ilə çətin oyun gözləyir. Hədəfimiz 3 xal qazanmaq olacaq".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün B qrupunun ilk matçında Xorvatiya İspaniya yığmasına 0:3 hesabı ilə məğlub olub.

"Cebhe.info"