Mərkəzi Bankın notları 30 milyon artdı

Mərkəzi Bankın notları 30 milyon artdı

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının həcmi açıqlanıb.

“Cebhe.info” xəbər verir ki, açıqlanan məlumata görə, Mərkəzi Bankın dövriyyədəki notlarının həcmi 1 milyard 2 milyon 200 min manat təşkil edib.

Bu isə 6 iyun məlumatı ilə müqayisədə 30 milyon manat çoxdur. Qeyd edək ki, 6 iyun tarixində Mərkəzi Bankın notlarının həcmi 972 milyon 200 min manat olub.

Vilayət Muxtar
“Cebhe.info”