Yeni həftənin ilk günü: Dollar bahalaşdı

Yeni həftənin ilk günü: Dollar bahalaşdı

Türkiyə valyuta birjalarında dollar və avro yeni həftənin ilk günündə lirə qarşısında bahalaşıb.

"Cebheinfo.az" xəbər verir ki, dollar 0.03, avro isə 0.55 faiz dəyər qazanıb.

Hazırda 1 dollar 36.44, 1 avro isə 38.36 lirə səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.

Vilayət Muxtar
"Cebheinfo.az"