Gəncədə 53 yaşlı kişi bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb. 1970-ci il təvəllüdlü Rzayev Azər Xəlil oğlu üzün sol yanaq, gicgah nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. A.Rzayev naməlum şəxs tərəfindən bıçaqlandığını bildirib.
Onun vəziyyətinin stabil olduğu deyilir.
Cebhe.info