60 yaşlı qadın dünyaya əkiz uşaq gətirdi:Darıxdığından...

Çində bir qadın 60 yaşında hamilə qalıb və iki qız övladı dünyaya gətirib.
Cebhe.info “South China Morning Post”-a istinadən xəbər verir ki, artıq yetkin bir oğlu olan təqaüdçü melankoliyasından qurtulmaq üçün in vitro mayalanma keçirməyə qərar verib. Çinli qadın və əri, oğullarının nadir ziyarətləri səbəbindən özlərini tənha hiss ediblər.
Uşaq sahibi olmaq imkanı cütlüyə 100 min yuana və ya 1,3 milyon rubla başa gəlib. Xoşbəxt cütlük əkizlərini 20 yaşa qədər dolandırmaq üçün kifayət qədər pula sahib olduqlarını etiraf edir.
Bununla belə, Çin sosial şəbəkələrinin istifadəçiləri valideynlərin sevincini bölüşməyiblər, onlar qocalıqda uşaq sahibi olmaq qərarını qeyri-ciddi hesab edirlər.
Xəzər
Cebhe.info