Şakira vergidən yayınıb? - Dələduzluqda günahlandırılır

Müğənni Şakira İspaniyada 6 milyon avro vergi fırıldaqçılığında ittiham olunur.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yeni araşdırma müğənninin 2018-ci ildə yol verdiyi qanun pozuntularına aiddir.
Bundan əlavə, İspaniya hakimiyyəti Şakiranı 2012-2014-cü illər arasında 14.5 milyon avro vergidən yayınmaqda ittiham edir.
Prokurorluq hesab edir ki, müğənni ofşor şirkətlərin köməyi ilə dələduzluq edib. Hazırda araşdırmalar davam etdirilir.
Cebhe.info