Cem Yılmaz Azərbaycana gəlir

Cem Yılmaz Azərbaycana gəlir

Türkiyəli məşhur komediya ustası Cem Yılmaz Azərbaycana gələcək.

"Cebheinfo.az" xəbər verir ki, sənətçi ölkəmizdəki pərəstişkarları qarşısında səhnəyə çıxacaq.

Belə ki, Cem Yılmaz iki gün ardıcıl olaraq 17-18 yanvar tarixlərində Bakı Konqres Mərkəzində çıxış edəcək.

Sözügedən tədbirlər saat 20:00-də başlayacaq. 

Bilet qiymətləri isə 95 manatdan 450 manata qədərdir.

Aslan
"Cebheinfo.az"