Daha bir serial final edir

Türkiyənin "Now TV" telekanalında yayımlanmağa başlayan "Aşk Evlilik Boşanma" adlı yeni serialla bağlı sürpriz qərar verilib.
"Cebheinfo.az" xəbər verir ki, layihənin ekran macərası çox qısa olacaq.
Serialın reytinq sıralamasında ikinci bölümünün 20-liyə belə daxil ola bilməməsi səbəbi ilə final qərarı verilib.
Ekran işi 4-cü bölüm ilə yekunlaşacaq. Layihənin son bölümü 10 dekabrda nümayiş olunacaq.
Qeyd edək ki, serialın baş rollarını Bennu Yıldırımlar, Müjde Uzman, Melisa Şenolsun, Levent Can, Serhat Teoman və Furkan Okumuş canlandırırdı.
Aslan
"Cebheinfo.az"