Memarlar İttifaqı binanın görkəmini korlayan kondisionerləri yığışdırdı - FOTO

Memarlar İttifaqı binanın görkəmini korlayan kondisionerləri yığışdırdı - FOTO

Memarlar İttifaqının yerləşdiyi tarixi binadan onun görkəmini korlayan kondisionerlər yığışdırılıb.

Müvafiq fotonu memar Dilqəm İsmayılov öz “Facebook” səhifəsində paylaşıb.

O, tarixi binanın fasadının vizual kirliliyi ilə bağlı sağlam tənqidi qəbul etdikləri və kondisionerləri operativ şəkildə yan fasaddan çıxardıqları üçün quruma təşəkkür edib.

Xatırladaq ki, bir müddət əvvəl D.İsmayılov Memarlar İttifaqını binanın yan fasadından kondisionerlər asılmasına görə tənqid etmişdi.

Cebhe.info