“Müasir tarixi yazan qəhrəmanlar”: Filmlərin təqdimatı keçirilib

“Müasir tarixi yazan qəhrəmanlar”: Filmlərin təqdimatı keçirilib

“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 01 sentyabr – 01 dekabr 2022-ci il tarixlərdə həyata keçirdiyi “Müasir tarixi yazan qəhrəmanlar” adlı layihənin icrasını yekunlaşdırıb.

Cebhe.info xəbər verir ki, layihə Bakı şəhəri və Füzuli rayonlanunda həyata keçirilib. Layihənin məqsədi Vətən müharibəsi zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatını və sağlamlığını itirmiş döyüşçüləmizi qısametrajlı filmlər vasitəsilə cəmiyyətə tanıtmaq və qəhrəman obrazı yaratmaqdır. Layihənin icrası zamanı 3 qısametrajlı film çəkilib. Bu məqsədlə çəkiliş qrupunun Füzuli rayonunun Araytlı, Əhmədalılar kəndlərinə, “Qayıdış” qəsəbəsinə səfərləri təşkil edilib və Vətən müharibəsi zamanı qızqın döyüşlər getdiyi məkanlarda çəkilişlər aparılıb.

Çəkilişlərdə zabit, tankçı və xüsusi təyinatlı döyüşçülərin həyatı, Vətənin müdafiəsinə qalxması, Vətən müharibələri zamanı həyata keçirilən əməliyyat və döyüşlər, qızğın döyüş gedən məkanlar və gənc nəslə tövsiyələr əksini tapıb. Layihənin yekunu olaraq Horadiz şəhərində Füzuli Dövlət Dram Teatrında İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova, qazilər, ictimaiyyət nümayəndələri, gənclərin iştirakı ilə filmlərin təqdimatı keçirilib.

G.Eyvazova çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatındakı rolundan, qazanılan şanlı Qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharətindən, Ordumuzun gücündən, şəhid və qazilərin, müharibə iştirakçılarının vətənpərvərlik əzmindən danışıb və “Bakı Gənclər Klubu” İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirərək gördüyü işlərdə birliyin kollektivinə uğurlar diləyib. “Bakı Gənclər Klubu” İctimai Birliyinin İdarə Heyətinin üzvü Azər Cavadov bildirib ki, əsas fəaliyyət gənclərin vətənpərvərlik tərbiyəsi və xalqımızın tarixi -mədəni irsinin təbliği istiqamətlərində aparır. Məhz bu istiqamətləri əsas götürərək təşkilat Vətən müharibəsi qaziləri - Əzizov Hümbət Filman oğlu, Məhərrəmov Məhərrəm Əfsər oğlu, Musazadə Şöhlət Möhübbət oğlunun döyüş yolları, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları haqqında 10 -15 dəqiqə arası 3 qısametrajlı filmlər hazırlanıb və bu filmlər gələcəkdə gənclərimizi vətənpərvər ruhda böyüməsində, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında, gənc nəsildə yeni müasir qəhrəman obrazların yaranmasında rolu olacagını qeyd edib. Sonda layihənin yekunu olaraq hazırlanmış qısametrajlı filmlərin təqdimatı keçirilib.

Məlumat üçün bildirək ki, “Bakı Gənclər Klubu” İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

“Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.

Cebhe.info