"Diqlas"ın yerində görün nə tikiləcək - RƏSMİ

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Baknın Nizami rayonunda, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisinı icazə verib.
Bu barədə "Cebheinfo.az" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan ünvanda ümumi sahəsi 3 200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisi nəzərdə tutulur.
"Cebheinfo.az"