Lənkəranda zəncirvari qəza - FOTOLAR

Ötən axşam Lənkəran şəhərində yol qəzası baş verib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, prospektdə “Vaz-21015” və “Mercedes” markalı avtomobillər toqquşub.
Qəzada yol kənarında dayanan daha iki avtomobilə də ciddi ziyan dəyib, həmçinin hasar dağılıb.
Hadisə nəticəsində 1991-ci il təvəllüdlü Əkbər Əlizadə və 1982-ci il təvəllüdlü Xəyalə Mustafayeva xəsarət alıb. Onlara rayon xəstəxanasında ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"