Aİ səfiri Azərbaycan neftinin Slovakiyaya çatdırılmasını alqışlayıb

Aİ səfiri Azərbaycan neftinin Slovakiyaya çatdırılmasını alqışlayıb

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan neftinin Slovakiyaya çatdırılmasını alqışlayıb.

Peter Mixalko bu barədə tvitterdəki hesabında yazıb.

“Azərbaycan neftinin tarixdə ilk dəfə Slovakiyaya çatdırılması ilə bağlı gözəl xəbər! (Neft-red) Xorvatiya vasitəsilə və Adria boru kəməri ilə Bratislavaya çatdırılır”, - Aİ səfiri qeyd edib.

Cebhe.info