İrəvan hesablaşmalıdır: "Prezident yol xəritəsini ortaya qoydu"

İrəvan hesablaşmalıdır: "Prezident yol xəritəsini ortaya qoydu"

“Ölkə başçısı “yol xəritəsi”ni ortaya qoydu ki, Ermənistan hansı yolla getməlidir”. 

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri zamanı hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. 

Prezident İlham Əliyev bəyanatında bir sıra məsələlərlə yanaşı Ermənistanla hazırkı münasibətlərə də toxunub:

“Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi”.

Ölkə başçısının bəyanatını yüksək qiymətləndirən Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidentinin ölkəmizə səfəri zamanı bəyatında nəinki bir məsələlərə aydınlıq gətirdi, həm Qərb dövlətlərinə, həm də Ermənistana mesajlarını göndərdi: 

“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, öz torpaqlarını işğaldan azad edib. Öz ərazisində heç bir qeyri-qanuni hərəkətə yol verməyib. Buna baxmayaraq, beynəlxalq təşkilatlar qərəzli mövqe ilə yanaşırlar. 

Belə ki, 30 ildir olduqları qərəzli mövqelərini bu gün də davam etdirirlər. Onların bu mövqeyinə baxmayaraq, Azərbaycanın fikrini heç kim dəyişdirə, iradəsinə keç kim təsir edə bilməz. Yəni ölkə başçısı tərəfindən sərt şəkildə beynəlxalq təşkilatlara mövqe orta qoyuldu və beynəlxalq təşkilatlara mesaj göndərildi ki, heç kim Azərbaycanın mövqeyini dəyişmək istiqamətində cəhd etməsin. 

Digər tərəfdən sülh müqaviləsinin harada, Avropada, Qərbdə, Rusiyada imzalanacağı ilə bağlı məsələyə də aydınlıq gətirildi ki, bu Azərbaycanın öz iradəsindən asılıdır və sülh müqaviləsinin imzalanması Azərbaycan üçün elə də fərq eləmir.

Sülh müqaviləsi ilə bağlı Azərbaycan öz təkliflərini Ermənistana verib, onlar müxtəlif bəhanələrlə uzadırlar, cavab vermir, konkret mövqe nümayiş etdirmirlər. Azərbaycan sülh müqaviləsinin imzalanmasına tərəfdardır və orada çox maraqlı ifadə işlənir ki, həm tarixi ədalətə, həm də baş vermiş hadisələrin mahiyyətinə uyğun gəlməlidir.

Hesab edirəm ki, vacib məqamlardan biridir ki, tarixi ədalət prinsipi burada qabardılır, bu ərazilər Azərbaycan torpağıdır, vaxtilə Azərbaycan ərazisi olub. Digər tərəfdən digər xarici dövlətlərə Fransaya, dolayısıyla Amerikaya mesajlarını göndərdi ki, onlar Ermənistanı silahlandırırlar, Ermənistanı müharibəyə hazırlayırlar. 

Ermənistan müharibə etmək istəyirsə, çox böyük yalnışlığa yol verəcək. Onların əlində oyuncağa çevrilib. Əgər müharibəyə başlamaq istəyərsə, əvvəlki nəticə olacaq, heç kim də Ermənistana gəlib kömək etməyəcək, özlərini aldatmasınlar. Azərbaycan öz mövqeyini bir daha möhkəmləndirəcək. 

Təxminən bu istiqamətdə Azərbaycan tərəfdən müsajlar göndərildi. Sonda da belə bir ifadə də işlədildi ki, mümkün qədər tez Azərbaycanın təkliflərinə, qeydlərinə cavab verilməlidir. Nə qədər Ermənistan tez cavab versə, bir o qədər onlar üçün yaxşı olacaq. 

Yəni Ermənistanı sağlam düşüncəyə çağırdı. Kiminsə feylinə uymasınlar, sağlam düşüncə ilə dünsünlər, Azərbaycanın təkliflərini dəyərləndirib düzgün mövqe tutsunlar. Hesab edirəm ki, Prezident Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair aydın mövqeyi ortaya qoydu.

Müəyyən mənada “yol xəritəsi”ni ortaya qoydu ki, hansı yolla getməlidir və Ermənistan da bununla hesablaşmalıdır”.

Nigar Abdullayeva
Cebhe.info