Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 60 avtomobili maneəsiz keçib - YENİLƏNİB-8

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 60 avtomobili maneəsiz keçib - YENİLƏNİB-8

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 5 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik və 2 yük və 1 tibb avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 60-a çatıb.

Cebhe.info