Ceyhun Bayramov Bakıya gələn həmkarı ilə görüşdü

Ceyhun Bayramov Bakıya gələn həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranı Azərbaycana səfəri çərçivəsində görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə XİN “X” platformasında məlumat yayıb. 

Qeyd edilib ki, hazırda Ceyhun Bayramovla Karlos Pinto Pereira arasında təkbətək görüş keçirilir.

"Cebheinfo.az"