Deputat qadın səfirlərə kvota istəyir
“Elə diplomatlarımız var ki, onlar uzun illərdir çalışırlar və kifayət qədər təcrübələrə malikdirlər. Hesab edirəm ki, onların təcrübələrini gənc diplomatlara çatdırılması üçün Məsləhət Şurası yaradılması yaxşı olardı”.
“Cebheinfo.az” xəbər verir ki, belə bir təkliflə parlamentin bugünkü plenar iclasında deputat Nigar Arpadarai çıxış edib.
Deputat, həmçinin qadın diplomatların sayının az olduğunu deyərək səfirlərlə bağlı kvota tətbiqinə və qadın diplomatların sayının artmasına çağırıb.
Vilayət Muxtar
“Cebheinfo.az”