Paşinyanın qaynı: “Onu təcrid etməmişik”

Ermənistanın Baş naziri Nikol Paşinyan özünü təcrid etməyib. “Cebhe.info” xəbər verir ki, bu barədə mayın 22-də jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” Partiyasından olan deputat, hökumət başçısının qaynı Qraçya Akopyan bildirib.
Eyni zamanda, o, son vaxtlar daxili siyasi vəziyyətlə bağlı görüşlərin keçirilmədiyini deyib. “Biz bunu hərəkat hesab etmirik (“Vətən naminə” hərəkatını nəzərdə tutur – red.) və təbii ki, bununla bağlı heç bir sual yaranmır”, - deyə deputat qeyd edib.
O əmin edib ki, “Mülki müqavilə” nümayəndələri arasında heç bir narahatlıq görmür. Akopyan əmin olduğunu bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı ictimai tələb yoxdur. “Vətəndaşlar bilirlər ki, onların seçki yolu ilə hökuməti formalaşdırmaq imkanları var. 2026-cı ildə bu hərəkatın adı olacaq, düşünürəm ki, seçkilərdə iştirak edib öz səslərini qazanacaq”, - deyə Qraçya Akopyan fikrini yekunlaşdırıb.
Xəzər
“Cebhe.info”