Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib - YENİLƏNİB-5

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib - YENİLƏNİB-5

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 29 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik və 27 təminat və təchizat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 66-ya çatıb.

Cebhe.info