Bakının ən böyük xəstəxanasında sistem çökdü

Bakının ən böyük xəstəxanasında sistem çökdü

1 Sayli Kliniki Tibbi Mərkəzdə (“Semaşko”)onlayn xidmət sistemi çöküb.

Cebhe.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Paylaşımda onlayn sistemin çökməsinə görə həkimlərin işinin çətinləşdiyini, pasiyentlərin çarəsiz qaldığını bildiriblər. Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova belə problemlərin qaçılmaz olduğunu qeyd edib:

"Böyük dataların mövcud olduğu platformada belə texniki fasilələr təəssüf ki, bəzən qaçılmaz olur. Hazırda sistem üzərində iş aparılır”.

O deyib ki, ən qısa zamanda problem aradan qaldırılıb və sistem işə salınıb.

Günay Şahmar
Cebhe.info