Deputat Üzeyir Hacıbəyov ilə bağlı paylaşım edib

Deputat Üzeyir Hacıbəyov ilə bağlı paylaşım edib

Bu gün dahi bəstəkar, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəyovun doğum günüdür. 

Qeyd edək ki, Üzeyir Hacıbəyov 1988-ci ilin 18 sentyabrında anadan olub.

Cebhe.info xəbər verir ki, deputat Fazil Mustafa Üzeyir Hacıbəyovun doğum günü ilə paylaşıb edib və “Üzeyir Bəyin doğum günü həm Müstəqllik, həm Bayraq, həm də Konstitusiya günümüzdür!”, - deyə bildirib.

“Elə şəxsiyyətlər var ki, onlar öz varlığı, şəxsiyyəti, dəyəri ilə bir millətin qaldırdığı, müqəddəsləşdirdiyi bayrağın görünməyən rəngi olur. 

Üzeyir bəy də Azərbaycan bayrağının görünməyən rəngidir. Ruhu şad olsun! Nə yaxşı ki, bu qədər mənəvi daltonikliyin baş alıb getdiyi bir məmləkətdə o rəngi görən insanlarımız var. O insanlar bayrağımızın görünməyən başqa rənglərini - Mirzə Fətəlini də, Məhəmməd Əmini də, Mirzə Cəlili də, Hüseyn Cavidi də, Əhməd Ağaoğlunu da görə bilən insanlardır”, - deyə F.Mustafanın paylaşımında qeyd olunub.

Vilayət Muxtar
Cebhe.info