"Omeqa 3"-ün faydaları: “Xərçəng, diabet, insult riski azalır”

Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov insanı diabet və xərçəng riskindən qoruyan preparatın adını çəkib.
Cebhe.info xəbər verir ki, bu barədə o, “Rossiya 1” telekanalında “Doktor Myasnikov” proqramında danışıb.
Onun sözlərinə görə, bunlar "Omeqa-3" doymamış yağ turşularıdı.
"Omeqa-3"-lərin insulinə qarşı həssaslığın qarşısını almağa kömək etdiyini göstərən bir araşdırma var. Mən dəfələrlə demişəm ki, bu, diabet, piylənmə və hətta xərçəngin səbəbidir”, - deyə həkim izah edib.
O həmçinin bildirib ki, bundan əlavə, balıqda olan müəyyən mikroelement iştahı azaldır və arıqlamağa kömək edir.
Həkim əlavə edib ki, karbohidratların istifadəsi ilə qanda insulinin artması müşahidə olunur. Myasnikov insulini şəkərin hüceyrələrə daxil olmasına yol açan "açar"la müqayisə edib.
“Daimi yüksək insulin səviyyələri reseptorların dayanmasına səbəb olur. İnsulin "açmağa" çalışır və bacarmır. "Omeqa-3" sadəcə bu müqaviməti aradan qaldırmağa kömək edir. Bax buna görə də "Omeqa-3" birbaşa ağır çəkili, diabetə meyilli insanlara təyin edilir", - həkim deyib.
Sevinc Tapdıqqızı
Cebhe.info